Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir

Gündəm / Dünya

20

23-12-2024, 09:06

Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir

Danimarkanın bir hissəsi olan Qrenlandiya adası Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməlidir.

Bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Qrenlandiyaya sahiblik və nəzarət mütləq zərurətdir.

Tramp bunun bütün dünyada milli təhlükəsizlik və azadlıq məqsədləri üçün vacib olduğunu vurğulayıb.