Prezident Şahin Bağırovu ordenlə təltif edib

Gündəm / Cəmiyyət

20

11-01-2025, 14:12

Prezident Şahin Bağırovu ordenlə təltif edib

Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.