Sabah güclü külək gözlənilir - XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət
25
13-02-2025, 17:07

Sabah bəzi bölgələrdə güclü külək gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xəbərdarlığa əsasən, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Astara, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.