
Rusiya Kursk vilayətində Ukrayna ordusunun əsas təchizat marşrutunu nəzarətə götürüb

Gündəm / Dünya
26
24-02-2025, 09:38

Rusiya hərbçiləri Sverdlikov yaxınlığında irəliləməklə Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin əsas təchizat arteriyasını kəsiblər.
Bu barədə “TASS”a Rusiyanın təhlükəsizlik orqanları məlumat verib.
Mənbə bildirib ki, əsas marşrut nəzarət altındadır: “Bu, Kursk sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizatını əhəmiyyətli dərəcədə pozmağa imkan verir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, artıq Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri Kursk vilayətində Ukrayna ilə sərhədi keçib.
