
İki gün əvvəl itkin düşən 15 yaşlı qızın meyiti tapıldı

Gündəm / Hadisə
24
3-09-2024, 14:55

Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü qızın meyiti aşkar edilib.
Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
Bildirilib ki, qızın meyitinin qonşu həyətdə basdırıldığı müəyyən olunub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır(Report)
