Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb, uçuş aparatı zərərsizləşdirilib

Gündəm

21

6-03-2025, 15:25

Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb, uçuş aparatı zərərsizləşdirilib

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, martın 4-də DSX-in Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.