Ərdoğan: Regiondakı sosial gərginlikləri Türkiyəyə gətirmək istəyənlərə imkan verməyəcəyik
Gündəm / Dünya
40
28-03-2025, 10:13

Rəsmi Ankara regiondakı sosial gərginlikləri Türkiyəyə gətirmək istəyənlərə fürsət verməyəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında dini azlıq nümayəndələri ilə iftarda deyib.
“Fərqlilikləri münaqişə və qütbləşmə mənbəyi kimi yox, bəşəri zənginlik kimi görən ənənəmizə sığınmalıyıq. Hansı inanca, etnik qruplaşmaya mənsub olmasından asılı olmayaraq, 85 milyonun hər bir fərdinin özünü digərləri ilə bərabər hiss etməsi üçün mübarizə aparmışıq”, - o bildirib.