Daha bir aktyora “Bakı Metropoliteni”ndə vəzifə verildi

Gündəm / Mədəniyyət

35

29-03-2025, 16:12

Daha bir aktyora “Bakı Metropoliteni”ndə vəzifə verildi

Aktyor Cavid Nəsrullah “Bakı Metropoliteni” QSC-də vəzifəyə təyin edilib.

Cavid Nəsrullah, QSC-də Kommunikasiya departamentinin sədrinə müavin təyin olunub.

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib.

Qeyd edək ki, o, “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb.

Xatırladaq ki, daha öncə aktyor Şaban İmkani “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.

İki aktyora ardıcıl “Bakı Metropoliteni”ndə vəzifə verilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.(Oxu.Az)