Putin 160 min nəfəri orduya ÇAĞIRDI

Gündəm / Dünya

30

31-03-2025, 18:29

Putin 160 min nəfəri orduya ÇAĞIRDI

Rusiya orduya yaz çağırışına başlanılır.

Müvafiq fərman prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Fərmana əsasən, Putin bu ilin aprel-iyul aylarında 160 min nəfərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

Bu ilin aprelin 1-dən iyulun 15-ə qədər yaşı 18-30 arası olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılacaqlar.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, orduya yaz çağırışı "xüsusi hərbi əməliyyat"la (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red.) bağlı deyil.