
Mehriban Əliyeva Bakı Olimpiya Stadionundan paylaşım edib

Gündəm / Cəmiyyət
17
4-11-2024, 14:49

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva noyabrın 11-22-də COP29 tədbirlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionundan paylaşım edib.
Paylaşım Mehriban Əliyevanın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar”, - paylaşımda bildirilib.

