
Azərbaycan və İran əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib

Gündəm / Cəmiyyət
21
20-11-2024, 17:47
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğunun məmnunluqla vurğulandığı bildirilib:
"Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub".
