
Türkiyə Azərbaycana yeni səfir təyin etdi

Gündəm / Cəmiyyət
25
3-12-2024, 10:57

Türkiyə Azərbaycana yeni səfir təyin edib.
Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.
Belə ki, bu vəzifəyə Türkiyə Maarif Vəqfinin sədri Birol Akgünün təyin edilməsinə qərar verilib.
O bu vəzifədə Cahit Bağçını əvəz edəcək. Bağçı 2021-ci ilin mayından Türkiyənin Bakıdakı səfiri postunu tutub.
Bununla yanaşı, Türkiyənin Almaniya, Hindistan, İtaliya, Sinqapur və bir neçə digər ölkələrə də yeni səfirləri təyin edilib.
