
Azərbaycanın MMA döyüşçüsünün "Rizin"dəki növbəti rəqibi bəlli olub

Gündəm / İdman
20
5-12-2024, 12:16

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmovun "Rizin" Döyüş Federasiyasındakı növbəti rəqibi bəlli olub.
Bu barədə qurumun rəsmi "X" hesabı məlumat yayıb.
O, dekabrın 31-də braziliyalı Roberto Satoşi Souza ilə üz-üzə gələcək. 71 kq çəki dərəcəsindəki döyüş Yaponiyadakı "Saitama Super Arena"da təşkil ediləcək.
Qeyd edək ki, Vüqar Kərəmov "Rizin"dəki son görüşündə yaponiyalı Kazumasa Majimaya qalib gəlib.
