“Qarabağ”ın “Elfsborq”la oyununu portuqal hakimlər idarə edəcək

Gündəm / İdman

21

10-12-2024, 15:33

“Qarabağ”ın “Elfsborq”la oyununu portuqal hakimlər idarə edəcək

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçin “Elfsborq” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

UEFA dekabrın 12-də Borasda təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.

Matçı Antonio Nobre idarə edəcək. Ona Pedro Ribeiro və Nelson Pereira köməklik göstərəcək.

Hakim-inspektor Stefano Podeski (San Marino), UEFA nümayəndəsi isə Yan Atkins (İngiltərə) olacaq.