
Qırğızıstanda Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib

Gündəm / Dünya
23
16-12-2024, 09:05

Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov vəzifəsindən azad edilib.
Bununla bağlı müvafiq sərəncamı Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıb.
“Qırğız Respublikasının Prezidenti Sadır Japarov Akılbek Japarovun Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb”, - Prezidentin mətbuat xidməti bildirib.
